Mühasiblərin ixtisaslarının artırılması üçün ideal üsul LİNK proqramlarının təmin etdiyi “istehsalatdan ayrılmamaqla”imkanıdır .“BMHS-nın müəssisələrdə tətbiqi” layihəsinin uğurla başa çatdırılmasında dəstəyinə görə İnfosystem-Link kollektivinə təşəkkürümü bildirirəm
Tədris prosesində əldə etdiyim əsas bacarıqlardan biri kimi yaranan problemlərlin həlli üsullarının açıqlanmasını xüsusi qeyd edərdim. Problem-yönümlü yanaşma üzərində qurulan TМА-lar (yoxlama işləri), bizim hesabatlarımızın əsasını təşkil edirdi. Qrup məşğələləri isə çox aktiv idi, sanki, problemin həll olunma prosesinə bütün personal cəlb olunmuşdu və məncə bu idarəetmədə ən yüksək nəticələrin əldə olunmasında mühüm amil hesab oluna bilər.
Bu gün əminliklə deyə bilərəm ki, qarşıma qoyduğum məqsədə çatmışam, menecment sahəsində lazımi praktik bilik və bacarıqlara yiyələnmişəm və bunu öz təcrübəmdə artıq tətbiq edirəm.