Professional Diploma in Management- Böyük Britaniyanın Açıq Universitetinin Biznes Məktəbinin təqdim etdiyi bilik və bacarıqların modernizasiyası proqramıdır və MBA proqramının 2-ci mərhələsidir və Professional Certificate in Management proqramının davamıdı.
Açıq Universitet dünyada ilk müvəffəqiyyətli distans tədris universitetidir. MBA proqramı distansion proqramlar reytinqində 4-cü yeri tutur. Bu proqram ixtisaslı mütəxəssis tələb olunan idarəetmə sahələrində (ümumi menecment, maliyyə menecmenti, informasiya, marketinq, personalın idarə olunması və s) menecerlərin kompleks və professional hazırlığı üçün nəzərdə tutulur.
Proqram - menecer fəaliyyətində lazımi sahələri əhatə edən 3 blokdan ibarətdir.
Tədris rus dilində Beynəlxalq Menecment İnstitutu-LİNK müəllimləri tərəfindən aparılır.
Tədris prosesi:
Müddəti: 12 ay, 24 əyani məşgələ (hər biri 6 saat, cəmi 144 saat) 3 günlük şəhər kənarında Səyyar Məktəb Yoxlama işlərinin (TMA) yerinə yetirilməsi 3 saat davam edən yazılı imtahan
Tədris və imtahan dili: rus
Son qeydiyyat günü: 23 mart / 23 sentyabr
İmtahan: aprel, oktyabr
İxtisas sənədi : Professional Diploma in Management
Proqram haqqında daha ətraflı
|