XƏBƏRLƏR17 aprel 2014

Bosco Conference 15-16 aprel ayında investisiya konfransı təşkil etdi.

Bosco Conference şirkəti tərəfindən 15-16 aprel ayında Bakı şəhərində keçirilmiş İnvest-Pro Azerbaijan 2014 beynəlxalq sərgi-konfransında Finansist jurnalı media partnyor kimi iştirak etdi.

Tədbir JW Absheron Baku Hotel-ində sərgi-konfransı formatında keçirildi. Konfrans beynəlxalq investisiyaya, maliyyələşdirməyə, kapitalın idarəsi və artırılmasına, beynəlxalq strukturların quruluşuna həsr olunmuşdur. Sərgidə 20-dən çox beynəlxalq banklar, hüquqi, investisiya, auditor, konsaltinq şirkətləri təmsil olunurdu. Forumda 30 ölkədən 200 yaxın iştirakçı iştirak edirdi. Bosco Conference şirkəti 2005-ci ildə Ukrayna bazarında 8 ildən çox verqiqoyma, beynəlxalq maliyyə xidmətləri və konfrans xidməti mütəxəssisləri tərəfindən yaradılmışdır. Gələcəkdə şirkətin məqsədi müxtəlif ölkələrdə verqiqoyma haqda tam və obyektiv məlumatların çatdırılmasının təmin edilməsi, şirkətlərin qeydiyyatdan keçməsi və xidməti, hüququ leqal korporativ xidmətlər sxeminin qurulması, xarici banklarla əməkdaşlıq və  beynəlxalq maliyyənin cəlb edilməsini nəzərdə tutur.

Təşkilatçılar Azərbaycan Dövlətinə maraqlarını izah edərkən, ölkəni Xəzər regionun boyük iqtisadiyyatı adlandırdılar və neft-qaz sektorunu ölkənin iqtisadiyyatında əsas amili kimi vurğuladılar. Azərbaycan hakimiyyəti boyük investisiya proyektlərinin, yeni qazma qurğularının, neft emalı zavodlarınını tikintisinin həyata keçirilməsini davam etdirir.  Azeri-Çıraq-Günəşli neft yataqlarına görə 2015 ci il üçün neft hasilatı günə 1.4 mln barrelə çatdırılacaq və təbii qaz hasilatı 15 mlrd kub metrdən 22 kubmetrə qədər artırılacaq. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan-2020: gələcəyə baxış” inkişaf konsepsiayası qəbul olunmuşdur, hansıki respublikanın yaxın 10 illikdə davamlı və tarazlı inkişafını təyin edir.