ACCA DIP IFR

ACCA DIP IFR (RUS)

Bu proqram ACCA tərəfindən təqdim edilir. ACCA 1904-cü ildə təsis edilmişdir. Hal-hazırda ACCA 170 ölkədə 360 min tələbəni, 131 min üzvü əhatə edir.

ACCA professional kvalifikasiyaları bütün dünyada tanınır, maliyyə və mühasibat sahəsində karyeranın inkişafı üçün geniş imkanlar açır. Həmçinin ACCA diplomlarının sahibləri gəlirlərinin artmasına nail olur. ACCA məzunlarının böyük şirkətlərdə rəhbər vəzifələrə təyin olunmaq şansı daha çoxdur.

Təqdim olunan proqram maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən tərtib edən mühasiblər üçün nəzərdə tutulur. Kursu bitirəndən sonra dinləyicilərə imtahanın nəticələrinə görə ACCA Dip IFR Diplomu təqdim olunur.

АССА kvalifikasiyası - DipIFR nə deməkdir?

Maliyyə hesabatlarının beynəlxalq standartları üzrə biliklərin təsdiqi;
Maliyyə hesabatlarının beynəlxalq standartları üzrə praktik biliklərin tətbiqi
Xarici ölkələrdə mühasib işləmək imkanı


Tədris prosesi:
Müddəti: 5 ay, 40 əyani məşgələ (hər biri 3 saat, cəmi 120 saat)
Yoxlama işlərinin yerinə yetirilməsi 3 saat davam edən yazılı imtahan

Tədris və imtahan dili: Rus

Son qeydiyyat günü: 31 dekabr, 30 iyun

İmtahan: iyun, dekabr

İxtisas sənədi : ACCA DIP IFR (RUS)