PROFESSİONAL MALİYYƏ MENECERİ DİPLOMU

Professional Maliyyə Meneceri Diplomu

Bu proqramları təqdim edən Institute of Certified Financial Managers (ICFM) dünyanın ən iri mühasibat təşkilatı olan ICB Global və Kommersiya İnstitutu (Institute of Commerce) tərəfindən yaradılmışdır. Britaniya Kral ailəsinin nümayəndəsi - Zati Aliləri Prins Maykl Kent - İCFM-in patronu elan edilmişdir. İCFM kvalifikasiyaları demək olar ki bütün inkişaf etmiş ölkələrdə təqdim olunur (95 ölkə) Baş ofis Londonda yerləşir.

İnstitutun mütəxəssisləri tərəfindən hazırlanmış proqramlar biznesdə təkcə bu günki deyil sabahın da yüksək standartlarına və tələblərinə cavab verir.

İCFM rəsmi olaraq Böyük Britaniyanın Xəzinədarlığı tərəfindən tanınır, Heraldiki Kral evinin qerbinin istifadəsinə rəsmi icazəsi var. İCFM-in sədrləri kiçik və orta biznes üçün Parlament Qrupunun müşaviridir.

İCFM proqramları Avropanın bir çox ölkələrində, Avstraliyada, Yeni Zelandiyada, Filippində rəsmi dövlət imtahanları siyahısına salınmışdır.

Diplom almış mütəxəssislərin sayı hər il 3000 nəfərə çatır
İCFM-in kvalifikasiyaları milli dövlət qurumları tərəfindən tanınmaqda davam edir.

Azərbaycanda İCFM-in "Professional Maliyyə Meneceri" proqramı üzrə tədris və imtahanlar keçirilir. Proqram 3 modulu əhatə edir:

  • Modul 1: Beynəlxalq Maliyyə Hesabatları Standartları
  • Modul 2: Maliyyə Menecmenti
  • Modul 3: Daxili Audit

Hər bir modulu bitirdikdən və imtahanı müvəffəqiyyətlə verdikdən sonra dinləyiciyə həmin modulun Diplomu, tam kursu bitirdikdən sonra isə Professional Maliyyə Meneceri Diplomu təqdim olunur

Tədris prosesi: (1 modul üçün)
Müddəti: 3 ay, 13 əyani məşgələ (hər biri 3 saat, cəmi 39 saat)
Yoxlama işlərinin yerinə yetirilməsi 3 saat davam edən yazılı imtahan

Tədris və imtahan dili: Azərbaycan, rus

Son qeydiyyat günü: 25 dekabr / 31 mart / 31 avqust

İmtahan: aprel, iyul, dekabr

1-ci modul üzrə ixtisas sənədi :Diploma in International Financial Reporting Standards