BEYNƏLXALQ MÜHASİBAT UÇOTU

Proqram Beynəlxalq Mühasiblər Assosiasiyası tərəfindən təqdim olunur. İAB kvalifikasiyalarının keyfiyyəti və toxunulmazlığı QCA (Kvalifikasiyaların və tədris planının təsdiqi üzrə səlahiyyətli orqan) və OFQUAL (İngiltərənin Kvalifikasiya və İmtahanlar üzrə Tənzimləyici orqan) tərəfindən təsdiq olunmuş "Tanınma" statusuna malikdir və İngiltərə QCA, Uels və Şimali İrlandiya icraedici orqanlarının akkreditasiyasına malikdir. İAB kvalifikasiyaları Böyük Britaniyada dövlət maliyyələşmələrinə münasib sayılır.

İAB kvalifikasiyalarından bir qismi ICAEW, ACCA, CIMA and CIPFA kimi professional qurumların bəzi imtahanlarından azad edir. İAB üzvlərinə geniş və dəyərli xidmət göstərir, peşəkarların və ekspertlərin tələbatını ödəyən tədris proqramları təqdim edir

Müvəffəqiyyətlə verilmiş imtahanların nəticələrinə görə dinləyicilərə Böyük Britaniyadan göndərilmiş IAB Diplomu təqdim olunur.

Tədrisin sonunda əldə edilən İxtisas sizə:

  • Benəlxalq standartlar üzrə mühasibat hesabatını peşəkar aparılmasına,
  • Əsaslandırılmış idarə məsələlərinin qəbulu zamanı təşkilatın fəaliyyətinin maliyyə anlizinin aparılmasına,
  • Xarici partnyorlarla və kreditorlarla iş zamanı beynəlxalq standartlar üzrə hesabatların tərtib olunmasına,
  • Beynəlxalq Mühasibat uçotunun dəyişən tendensiyalarını anlamaq və proqnozlaşdırmaq və bu proseslərdə fəal iştirak etməyə,
  • Müştərək müəssisə və 100% xarici kapital əsasında işləyən müəsisələrdə işləməyə kömək edəcəkTədris prosesi:
    Müddəti: 3 ay, 12 əyani məşgələ (hər biri 3 saat, cəmi 36 saat)
    Yoxlama işlərinin yerinə yetirilməsi Hər biri 2saat davam edən 2 yazılı imtahan

Tədris və imtahan dili: Azərbaycan, rus


Son qeydiyyat günü: 28 Fevral / 31 avqust

İmtahanlar : iyun, dekabr

İxtisas sənədi : Diploma in Accounting and Book-keeping