Professional Certificate OU new!

Professional Certificate in Management- Böyük Britaniyanın Açıq Universitetinin Biznes Məktəbinin təqdim etdiyi bilik və bacarıqların modernizasiyası proqramıdır və MBA proqramının ilkin mərhələsidir.

Açıq Universitet dünyada ilk müvəffəqiyyətli distans tədris universitetidir. MBA proqramı distansion proqramlar reytinqində 4-cü yeri tutur. Bu proqram ixtisaslı mütəxəssis tələb olunan idarəetmə sahələrində (ümumi menecment, maliyyə menecmenti, informasiya, marketinq, personalın idarə olunması və s) menecerlərin kompleks və professional hazırlığı üçün nəzərdə tutulur.

Proqram - menecer fəaliyyətində lazımi sahələri əhatə edən 3 moduldan ibarətdir.

Tədris rus dilində Beynəlxalq Menecment İnstitutu-LİNK müəllimləri tərəfindən aparılır.

Tədris prosesi:

Müddəti: 12 ay, 24 əyani məşgələ (hər biri 6 saat, cəmi 144 saat)
3 günlük şəhər kənarında Səyyar Məktəb
Yoxlama işlərinin (TMA) yerinə yetirilməsi
3 saat davam edən yazılı imtahan

Tədris və imtahan dili: rus

Son qeydiyyat günü: 23 mart / 23 sentyabr

İmtahan: aprel, oktyabr

İxtisas sənədi : Professional Certificate in Management

Proqram haqqında daha ətraflı