BÖYÜK BRİTANİYANIN AÇIQ UNİVERSİTETİ

Böyük Britaniyanın Açıq Universiteti

Açıq Universitet 30 il ərzində distans tədris sistemində dünyavi lider yerini tutmuşdur və nəinki Böyük Britaniyada həm də ABŞ-dan tutmuş Sinqapuradək geniş məkanda ali təhsil və diplomdan sonrakı təhsildə aparıcı rol oynayır. Hazırda 400 tədris mərkəzində 150 min tələbə Açıq Universitetin proqramları üzrə təhsil alır.

Açıq Universitetin Beynəlxalq Menecment İnstitutu-LİNK-lə tərəfdaşlığı Rusiya Federasiyasının Təhsil Nazirliyi və Açıq Universitetlə bağlanmış Əməkdaşlıq haqqında Memoranduma əsaslanır.

 


 

Açıq Universitetin Biznes Məktəbi

Biznes Məktəbi - Açıq Universitetin 17 fakultəsindən biri kimi administrativ işçilərə, rəhbər və menecerlərə keyfiyyətli tədris imkanı vermək üçün 1983-cü ildə yaradılmışdır.

Hal-hazırda Açıq Universitetin Biznes Məktəbi - dünyada müstəsna avtoriteti olan avropa biznes məktəbidir

1991-ci ildən başlayaraq, Açıq Universitetin Biznes Məktəbi Beynəlxalq Menecment İnstitutu-LİNK-lə birgə Rusiya və MDB ölkələrində menecerlərə və biznesmenlərə öz xidmətlərini təqdim edir.